Mərakeşdə bina uçub, azı 5 nəfər ölüb

Mərakeşdə bina uçub, azı 5 nəfər ölüb

Mərakeşin Fəs şəhərində köhnə üçmərtəbəli binanın uçması nəticəsində azı 5 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə “360” xəbər portalı məlumat yayıb.

Bildirilib ki, hadisə ilə bağlı ilkin versiya kimi binanın yararsız vəziyyətdə olması və son günlər yağan güclü yağışların tikilinin konstruksiyalarını zəiflətməsi göstərilir.

Ölənlərdən üçü kişi, ikisi isə qadındır.