Qubada minik avtomobili ağaca çırpılıb, ölənlər və yaralananlar var - FOTO - YENİLƏNİB

Qubada minik avtomobili ağaca çırpılıb, ölənlər və yaralananlar var - FOTO - YENİLƏNİB

Qubada baş verən qəzəda iki nəfər ölüb.

APA xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Xaçmaz-Quba yolunun Barlı kəndi ərazisindən keçən hissəsində “Priora" markalı nəqliyyat vasitəsinin ağaca çırpılması nəticəsində avtomobildə olan 5 nəfərdən 2-si ölüb, digər 3 nəfər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Saat 19:06

Quba-Xaçmaz yolunun Quba rayonunun Barlı kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, “Lada Priora” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə avtomobildə olan 5 nəfər ağır xəsarətlər alıb. Onlar Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda yaralılara tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.