Kamerunda bayram şənlikləri zamanı partlayış baş verib

Kamerunda bayram şənlikləri zamanı partlayış baş verib

Kamerunun şimal-qərbində Milli Gənclər Gününün qeyd edilməsi zamanı partlayış baş verib.

APA xəbər verir ki,bu barədə Sinxua agentliyi məlumat yayıb.

Polis partlayış nəticəsində çoxlu sayda məktəblinin öldüyündən ehtiyat edir. Onların sayı açıqlanmır. Hadisə Nkamba şəhərində baş verib.

Kamerunun qərbində ingilisdilli ərazilərə əsaslanaraq öz dövlətini yaratmağa çalışan separatçı yeraltı təşkilat var.