Fransada polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib

Fransada polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib

Fransa polisi ölkənin cənubundakı Tarn departamentində Tuluza və Kastr şəhərləri arasında A69 avtomobil yolunun tikintisinə qarşı keçirilən nümayişdə gözyaşardıcı qazdan istifadə edib.

Birxeber.Az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Onun sözlərinə görə, yüzə yaxın etirazçı çadır şəhərciyi qurub və dəmiryol xətlərinin birində hərəkəti bağlayıb. Jandarmlar nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər. Qeyd olunur ki, etirazçılarla hüquq-mühafizə orqanları əməkdaşları arasında toqquşmalar baş verir.