Avropa komissarı Aİ-nin 2024-cü ildə 1,4 milyon mərmi istehsal edə biləcəyini açıqlayıb

Avropa komissarı Aİ-nin 2024-cü ildə 1,4 milyon mərmi istehsal edə biləcəyini açıqlayıb

Avropanın daxili bazar üzrə komissarı Tyerri Breton Avropa İttifaqının Ukraynaya tədarük üçün ilin sonuna qədər 1,4 milyon mərmi istehsal edə biləcəyini bildirib.

“Birxeber.Az” ERR-ə istinadən xəbər verir ki, bu barədə siyasətçi Estoniyanın Baş naziri Kaya Kallasla birgə mətbuat konfransında açıqlayıb.

“Mart-aprelin sonuna kimi biz Avropada 1 milyon mərmi istehsal edə biləcəyik. Başqa sözlə, biz öhdəliklərimizə sadiqik. <...> Mən həm də sizə deyirəm ki, bu ilin sonunda biz 1,3-1,4 milyon mərmi istehsal gücünə çatacağıq”, – Estoniyanın paytaxtı Tallində səfərdə olan Breton vurğulayıb.

Qeyd edək ki, 2023-cü ilin martında Aİ ölkələri yaxın 12 ay ərzində Kiyevə 1 milyon mərmi ötürülməsi planını təsdiqləyib.