Türkiyədə seçkiqabağı tədbirdəki atışma ilə bağlı 12 şübhəli saxlanılıb, 7 şübhəli axtarılır

Türkiyədə seçkiqabağı tədbirdəki atışma ilə bağlı 12 şübhəli saxlanılıb, 7 şübhəli axtarılır

İstanbulda bir nəfərin yaralanması ilə nəticələnən atışma ilə bağlı yeni xəbər var.

Birxeber.Az-nın məlumatına görə, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç açıqlama verib.

O, deyib ki, İstanbulda Küçükçekmece Bələdiyyə Başçı Namizədimiz Əziz Yeniay seçkiyə qatılarkən baş verən silahlı hücumla bağlı 12 şübhəli saxlanılıb, 7 şübhəlinin tutulması istiqamətində işlər davam edir.