Şarl Mişel ABŞ-ın keçmiş prezidenti Donald Trampın fikrinə münasibət bildirib

Şarl Mişel ABŞ-ın keçmiş prezidenti Donald Trampın fikrinə münasibət bildirib

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ABŞ-ın keçmiş prezidenti Donald Trampın fikrinə münasibət bildirib.

APA xəbər verir ki, bu barədə Prezident Mişel "X" hesabında paylaşım edib.

Aİ Şurasının Prezidenti NATO-nun ötən 75 il ərzində amerikalıların, kanadalıların və avropalıların təhlükəsizliyinə və rifahına ciddi dəstək verdiyini deyib.

"NATO-nun təhlükəsizliyi və 5-ci Maddə (NATO müqaviləsindəki 5-ci Maddə müttəfiqlərin birinə hər hansı təhlükə olarsa NATO-nun buna müdaxilə etməsini nəzərdə tutur -red.) həmrəyliyi ilə bağlı ehtiyatsız bəyanatlar yalnız Putinin maraqlarına xidmət edir". Şarl Mişel deyib ki, belə bəyanatlar sülh və ya təhlükəsizlik gətirmir. "Əksinə, onlar Aİ-nin təcili olaraq strateji muxtariyyətini daha da inkişaf etdirməsi və öz müdafiəsinə sərmayə qoymasının vacibliyini və İttifaqımızın güclü saxlamağın vacibliyini bir daha vurğulayır", Mişel paylaşımında qeyd edib.

Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti və 2024-cü ildə keçiriləcək seçkilərə namizədlik uğrunda mübarizə aparan Donald Tramp seçki kampaniyası çərçivəsində keçirdiyi görüş zamanı çıxışında bildirib ki, o, öz xərclərini ödəməyən NATO müttəfiqlərinə Rusiya hücum edərsə bu hücumu təşviq edəcək.