Qəzza zolağında ölənlərin sayı 28,2 minə yaxınlaşıb

Qəzza zolağında ölənlərin sayı 28,2 minə yaxınlaşıb

İsrailin Qəzza zolağını bombalaması və atəşə tutması nəticəsində həlak olan fələstinlilərin sayı 28,2 minə yaxınlaşır, 67,8 minə yaxın insan isə yaralanıb.

APA xəbər verir ki, bu məlumatı Fələstin anklavının Səhiyyə Nazirliyi verib.

“Ötən ilin oktyabr ayından İsrail əməliyyatlarının qurbanlarının sayı artaraq 28 176 nəfərə çatıb, daha 67 784 nəfər yaralanıb”, - deyə idarənin Telegram kanalında yaydığı məlumatda deyilir. Qəzza Səhiyyə Nazirliyi bildirib ki, son 24 saat ərzində anklavda azı 112 nəfər ölüb, daha 173 nəfər yaralanıb. Ölənlərin bəzilərinin cəsədləri dağıntılar altındadır və həkimlər onlara hələ çata bilmir.