Konqo Demokratik Respublikasının paytaxtı su altında qala bilər

Konqo Demokratik Respublikasının paytaxtı su altında qala bilər

Tez-tez baş verən daşqınlar və qlobal iqlim dəyişikliyinin təsirləri səbəbindən Konqo Demokratik Respublikasının (KDR) paytaxtı Kinşasanın su altında qalmaq təhlükəsi yaranıb.

“Report” xəbər verir ki, bu fikri konqolu senator Didye Mumenqi deyib.

Onun sözlərinə görə, Konqo çayının daşqınları artıq 1961-ci ildə kritik həddə çatmışdı:

“Vəhşi urbanizasiya və iqlim balanssızlığı nəticəsində paytaxt ilk dəfə demək olar ki, tamamilə su altında qalmışdı. Sonra oxşar daşqınlar 10 ildə bir dəfə baş verməyə başladı. Ancaq 2019-cu ildən sonra interval qısalıb - növbəti fövqəladə vəziyyət 2023-cü ildə, yəni beş ildən az müddətdə baş verdi. Daşqınların tez-tez baş verməsi təhlükəsi var və bu, Kinşasa yox olanda bizi apokaliptik vəziyyətə gətirib çıxaracaq”.