Masallıda sabah 1 800 abonentin qaz təchizatında məhdudiyyət olacaq 

Masallıda sabah 1 800 abonentin qaz təchizatında məhdudiyyət olacaq 

Masallıda sabah 1800 abonentin qaz təchizatında məhdudiyyət yaranacaq.

"Report"un Muğan bürosunun məlumatına görə, Masallı rayonu Bambaşı kəndində diametri 219 mm-lik orta təzyiqli daşıyıcı qaz xəttində aşkar edilmiş yeraltı qaz sızmasını aradan qaldırılması məqsədilə Bambaşı, Böyük Xocavar, Yeyənkənd və Köhnə Alvadı kəndinin bir hissəsi olmaqla ümumilikdə 1 800 abonentin qaz təchizatı sabah saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağınızı və təhlükəsizlik tədbirlərinə riayət etməyinizi sizdən xahiş olunur.