İordaniyada təlim təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub

İordaniyada təlim təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub

İordaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində azı iki əsgər həlak olub.

Birxeber.Az xəbər verir ki, bu barədə ölkənin ordu komandanlığı məlumat yayıb.

"İordaniya Kral Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarələrindən biri təlim uçuşu zamanı qəzaya uğrayıb", - deyə məlumatda deyilir.

Bunda əlavə qeyd edilir: "Qəza pilotlar, mayor Ömər Atta əl-Abadi və kapitan Məhəmməd Abdulla əl-Xudeyr həlak olub".

Hadisənin səbəbləri barədə məlumat verilmir.