İsrail axtarışda olan 3 mindən çox yaraqlını saxlayıb

İsrail axtarışda olan 3 mindən çox yaraqlını saxlayıb

İsrail hərbçiləri İordan çayının qərb sahilində gecə reydləri zamanı terror fəaliyyətlərində iştirakda şübhəli bilinən 14 fələstinlini saxlayıb.

“Report” xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidməti gecə saatlarında Beyt-Ömər kəndində 12 saatlıq əməliyyat keçirib, axtarışda olan 8 nəfər saxlanılıb və aşkar edilən partlayıcı maddələrin laboratoriyası məhv edilib.

Yəhudeya və Samariyada isə axtarışda olan altı şəxs saxlanılıb.

Qeyd edək ki, İsrail 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar zamanı İordan çayının qərb sahilində 3060-a yaxın axtarışda olan yaraqlını saxlayıb.

Onlardan 1350-yə yaxını Qəzza zolağına rəhbərlik edən HƏMAS təşkilatı ilə əlaqədə şübhəli bilinir.