İsrail ordusu İordan çayının sahilində 14 fələstinlini saxlayıb

İsrail ordusu İordan çayının sahilində 14 fələstinlini saxlayıb

İsrail hərbçiləri İordan çayının qərb sahilində gecə reydləri zamanı terror fəaliyyətlərində iştirakda şübhəli bilinən 14 fələstinlini saxlayıb.

APA xəbər verir ki, ordunun mətbuat xidmətinin məlumatına görə, hərbçilər partlayıcı laboratoriyanı da məhv ediblər.

“İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidməti gecə saatlarında Beyt Ömər kəndində 12 saatlıq əməliyyat keçirib, axtarışda olan 8 nəfərin saxlanılıb və partlayıcı maddələrin laboratoriyası aşkar edilib”, - deyə məlumatda bildirilir.

Bundan əlavə, "gecə təhlükəsizlik xidmətləri Yəhudeya və Samariyada axtarışda olan altı şəxsi saxlayıb. Xüsusilə Beytlehemdə basqınlar həyata keçirilib.