Filippində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb

Filippində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb

Filippinin cənubunda torpaq sürüşməsi nəticəsində 37 nəfər ölüb.

Birxeber.Az xəbər verir ki, bu barədə Reuters yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Qeyd edək ki, torpaq sürüşməsi çərşənbə axşamı Davao de Oro əyalətinin Mako şəhərində qızıl mədəninin yaxınlığında baş verib, evləri və işçiləri Apex Mining tərəfindən idarə olunan sahəyə aparan maşınlar torpaq altında qalıb. Davao de Oro əyalətinin rəsmisi Edvard Makapili bildirib ki, xilasetmə işlərinə 300-dən çox adam cəlb olunub, lakin əməliyyatlara güclü yağış, qalın palçıq və növbəti sürüşmə təhlükəsi mane olub. Makapili bildirib ki, xilasetmə işləri bazar günü səhər bərpa edilib.

Davao de Oroda son həftələrdə yağan güclü yağışlar sel və torpaq sürüşməsinə səbəb olub.