“Real”ın futbolçusu unikal göstəriciyə imza atıb

“Real”ın futbolçusu unikal göstəriciyə imza atıb

İspaniyanın “Real” klubunun futbolçusu Cud Bellinqem unikal göstəriciyə imza atıb.

“Report” xəbər verir ki, o, “kral klubu”nun heyətində XXI əsrdə 15 qol həddinə çatan ilk yarımmüdafiəçi olub.

Madrid təmsilçisinin XXIV turda “Jirona”nı 4:0 hesabı ilə məğlub etdiyi görüşdə dubl müəllifi olan İngiltərə millisinin üzvü cari mövsüm La Liqada ümumi qol sayını 16-ya çatdırıb.

Qeyd edək ki, 20 yaşlı futbolçu “Real”dakı debüt mövsümündə bütün turnirlərdə keçirdiyi 29 oyunda 20 qol vurub, 8 məhsuldar ötürmə verib.