Çində məktəb yataqxanasında yanğın olub, azı 13 nəfər ölüb

Çində məktəb yataqxanasında yanğın olub, azı 13 nəfər ölüb

Çinin Henan əyalətinin Nanyan şəhərinin Fançen qəzasında məktəb yataqxanasında baş vermiş yanğın 13 nəfərin ölümünə səbəb olub.

“Birxeber.Az” xəbər verir ki, bu barədə ölkənin “Sinhua” agentliyi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 23:00-da yanğın barədə müvafiq xidmətə məlumat verilib, 23:38-də yanğın tamamilə söndürülüb. Hadisədə həmçinin bir nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.