Qəzzada BMT-nin baş qərargahı altında HƏMAS-ın bazası aşkarlanıb

Qəzzada BMT-nin baş qərargahı altında HƏMAS-ın bazası aşkarlanıb

HƏMAS Qəzzadakı Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) Yaxın Şərqdəki qərargahının birbaşa altında yeraltı məlumat mərkəzi yaradıb.

Lent.az “The Times of Israel”ə istinadən xəbər verir ki, yeraltı kompleks İsrail ordusunun əsgərləri tərəfindən aşkar edilib.

Qeyd olunur ki, yeraltı məlumat mərkəzi özünün elektrik yarımstansiyası, akkumulyator blokları və kompüter serverlərini idarə edən HƏMAS terrorçuları üçün yaşayış yerləri ilə təchiz edilib. O, birbaşa BMT agentliyinin binasının altında qurulub.