Türkiyədə zəlzələ olub

Türkiyədə zəlzələ olub

Türkiyənin Hakkari bğlgəsində 4,4 bal gücündə zəlzələ baş verib.

Birxeber.Az xəbər verir ki, Türkiyənin Fövqəladə Hallar Xidmətinin (AFAD) saytında yer alan məlumata görə, yerli vaxtla saat 07.36-da episentri Yüksekova olan 4,4 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələnin 5,74 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.