Gəncədə qəza olub, xəsarət alanlar var

Gəncədə qəza olub, xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Birxeber.Az-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı 1981-ci il təvəllüdlü Zamin Həsənov və 1987-ci il təvəllüdlü Orxan Ağazadə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.