Avstraliyada 16 hokkeyçi zəhərlənərək xəstəxanaya yerləşdirilib

Avstraliyada 16 hokkeyçi zəhərlənərək xəstəxanaya yerləşdirilib

Avstraliyanın cənubunda azı 16 hokkeyçi dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib.

"Report"un məlumatına görə, bu barədə ABC radiostansiyası məlumat yayıb.

Məlumata görə, “Melburn” və “Adelaida” hokkey komandalarının oyunçuları Adelaidada keçirilən oyundan sonra dəm qazından zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdiriliblər. Hadisə yerinə gələn xilasedicilər və yanğınsöndürənlər idmançıların buz təmizləyən maşının çənlərindən maye sızması nəticəsində xəsarət aldığını müəyyən ediblər.

Cənubi Avstraliya ştatının Təcili Yardım Xidmətinin sözçüsü bildirib ki, bütün zərərçəkənlər sabir durumda Adelaida Kral Xəstəxanasına çatdırılıblar. "Xəstələr həkimlərin nəzarəti altındadırlar, onların əksəriyyətinin oksigen terapiyasına ehtiyacı var", - xidmət nümayəndəsi bildirib.

Şəhər hakimiyyəti sızmanın nəticələrini aradan qaldırmaq və avadanlıqları təmir etmək üçün buz arenasını bağlayıb.