CAR millisi futbol üzrə Afrika Kubokunun bürünc mükafatçısı olub

CAR millisi futbol üzrə Afrika Kubokunun bürünc mükafatçısı olub

Cənubi Afrika Respublikasının (CAR) futbol millisi Afrika Millətlər Kubokunda üçüncü yer uğrunda qarşılaşmada Konqo Demokratik Respublikasına qalib gəlib.

"Report"un məlumatına görə, turnir Kot-d İvuarda keçirilir.

Matçın əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə CAR futbolçuları daha güclü olub - 6:5.

CAR yığması 2000-ci ildən sonra ilk dəfə olaraq üçlükdə olub, həmin vaxt da üçüncü yeri tutub. Komanda 1998-ci ildə ikinci, 1996-cı ildə birinci olub.

Afrika Millətlər Kuboku fevralın 11-də Kot-d İvuar və Nigeriya milli komandaları arasında keçiriləcək final oyunu ilə başa çatacaq. Əvvəlcə yarışın 2023-cü ildə keçirilməsi nəzərdə tutulsa da, hava şəraitinə görə 2024-cü ilə təxirə salınıb. Turnir sonuncu dəfə 2022-ci ildə keçirilib, həmin vaxt Seneqal komandası qalib gəlib.