Rusiyada otel kompleksində yanğın baş verib, zərərçəkənlər var

Rusiyada otel kompleksində yanğın baş verib, zərərçəkənlər var

Tolyattidə otel kompleksində baş verən yanğın nəticəsində iki nəfər xəsarət alıb.

Birxeber.Az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Tolyattidə baş verən yanğın nəticəsində iki nəfər xəsarət alıb”, - məlumatda deyilir.

Xilasedicilər gələnə kimi yanan binadan 12 nəfər özü təxliyə olunub.

Hadisə yerində çalışan təcili tibbi yardım əməkdaşlarının sayı artırılıb. Yanğının söndürülməsinə 105 yanğınsöndürən və 29 texnika cəlb olunub.