Mingəçevir sakinini öldürən şəxs saxlanılıb

Mingəçevir sakinini öldürən şəxs saxlanılıb

Mingəçevir şəhər sakinini öldürən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, fevralın 10-u saat 22 radələrində Mingəçevir şəhər sakini, 1983-cü il təvəllüdlü Aqil Əhmədovun tir tüfəngindən açılan atəş nəticəsində ölməsi barədə polisə məlumat daxil olub.

A.Əhmədova tir tüfəngindən atəş açan Sadiq Yusifov saxlanılıb.

Araşdırma aparılır.