Mingəçevir sakini ehtiyatsızlıqdan odlu silahla öldürülüb, saxlanılan var - YENİLƏNİB

Mingəçevir sakini ehtiyatsızlıqdan odlu silahla öldürülüb, saxlanılan var - YENİLƏNİB

Mingəçevir sakini ehtiyatsızlıqdan odlu silahdan açılan atəşlə öldürülüb.

"Birxeber.Az” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

"Tir tüfəngi öldürə bilir. Az əvvəl Mingəçevirdə dostlar arasında ehtiyatsızlıqdan baş verən hadisə ölümə səbəb olub", - E.Hacıyev qeyd edib.

Qeyd edək ki, hadisə ötən gün saat 22 radələrində baş verib. Şəhər sakini, 1983-cü il təvəllüdlü Aqil Əhmədovun tir tüfəngindən açılan atəş nəticəsində ölməsi barədə polisə məlumat daxil olub. A.Əhmədova tir tüfəngindən atəş açan Sadiq Yusifov saxlanılıb.

Araşdırma aparılır.

10.02.2024. 23:54

Mingəçevir sakini odlu silahdan açılan atəşlə öldürülüb.

Bu barədə "Birxeber.Az"a DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Saat 22 radələrində şəhər sakini, 1983-cü il təvəllüdlü Aqil Əhmədovun tir tüfəngindən açılan atəş nəticəsində ölməsi barədə polisə məlumat daxil olub.

A.Əhmədova tir tüfəngindən atəş açmaqda şübhəli bilinən Sadiq Yusifov saxlanılıb.

Araşdırma aparılır.