Moldova fermerləri Rumıniya ilə sərhəddə keçid məntəqəsini bağlayıblar

Moldova fermerləri Rumıniya ilə sərhəddə keçid məntəqəsini bağlayıblar

Moldova fermerləri Rumıniya ilə sərhəddə yerləşən Leuşenı sərhəd zastavasında yarım saat ərzində yolu bağlayıb, hakimiyyətdən kredit borclarının ödənilməsinə kömək etməyi, eləcə də digər dəstək tədbirlərinin görülməsini tələb ediblər.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

"Təxminən 35 traktor Leuşenı keçid məntəqəsində 30 dəqiqə ərzində nəqliyyatın hərəkətini bağlayıb. Fermerlərin yaz əkinçilik işlərinə başlamaq üçün pulları yoxdur və hakimiyyət onlara qulaq asmasa, genişmiqyaslı etirazları bərpa etmək niyyətindədirlər", - “Fermerlərin Gücü” Assosiasiyasının feysbuk hesabındakı paylaşımında qeyd edilir.

Bildirilir ki, bu, ehtiyat tədbiridir və onlar tələblərinin martın sonuna kimi yerinə yetirilməsində israrlıdırlar.