Keniya Prezidenti: “Azərbaycanla güclü, davamlı, dostluq münasibətlərindən məmnunam”

Keniya Prezidenti: “Azərbaycanla güclü, davamlı, dostluq münasibətlərindən məmnunam”

2004-cü ildən bəri diplomatik münasibətlərimizin əsası qoyulduqdan sonra uzun illər ərzində Keniya və Azərbaycan arasında güclü, davamlı, səmimi və dostluq münasibətlərindən məmnunluğumu bildirirəm.

“Birxeber.Az” xəbər verir ki, bu, Keniya Respublikasının Prezidenti Uillyam Samoei Rutonun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə X sosial şəbəkəsindəki hesabında yazdığı təbrikində yer alıb.

“Biz diplomatik münasibətlərimizin 20-ci ilini qeyd edərkən razılaşdırılmış prioritetlər çərçivəsində ikitərəfli əlaqələrimizi daha da gücləndirmək və onları qarşılıqlı maraq doğuran yeni sahələrə də genişləndirmək üçün mükəmməl fürsətimiz olduğunu məmnunluqla bildirirəm.

Fürsətdən istifadə edərək əminliyimi bildirmək istəyirəm ki, Sizin rəhbərliyinizlə biz ticarət, investisiyalar, enerji, iqlim dəyişikliyi və turizm kimi müxtəlif sahələrdə əmərəli tərəfdaşlıq imkanlarını tədqiq edəcəyik”, - Keniya lideri qeyd edib.