ABŞ-ın hava hücumları nəticəsində husilərin 17 döyüşçüsü ölüb

ABŞ-ın hava hücumları nəticəsində husilərin 17 döyüşçüsü ölüb

Fevralın 9-dan 10-na keçən gecə ABŞ-ın endirdiyi hava zərbələri nəticəsində 17 husi döyüşçüsü öldürülüb.

APA "France24"ə istinadən xəbər verir ki, bu barədə yəmənli üsyançı qrup paytaxt Sənada keçirilən dəfn mərasimindən sonra məlumat yayıb.

Husilərin mediası öldürülənlərin adını dərc edib.

Xatırladaq ki, husilərin Qırmızı dənizdə yük gəmilərinə hücumlarından sonra ABŞ və Britaniya yəmənli silahlı qruplaşmanın hərbi obyektlərinə bir neçə dəfə hava zərbələri endirib.