Azərbaycanda builki dondurma mövsümündə nə gözlənilir?

Azərbaycanda builki dondurma mövsümündə nə gözlənilir?
Azərbaycana ötən il 6 milyon 116,04 min ABŞ dolları dəyərində 1 milyon 273,9 min ton dondurma idxal olunub. Ölkədən isə 377,73 min ABŞ dolları dəyərində 129,91 min ton dondurma ixrac olunub. 2021-ci ildə ölkədə 722,8 min ton dondurma istehsal olunub. Ötən il Azərbaycanda istehlak olunan dondurmanın təxminən 63,8 %-i idxalın payına düşüb. Azərbaycana idxal olunan dondurmanın 50 %-i Belarus, Rusiya və Ukraynanın payına düşür. Türkiyədən idxal isə 42 % təşkil edır. Yəni Azərbaycana gətirilən dondurmanın 92 %-i bu dörd ölkəyə aiddir. Bəs hazırkı durumda – Belarus, Rusiya və Ukrayna arasında ticarət və daşımalarda müəyyən problemlər olduğu vaxtda ölkəmizə dondurma idxalında hansı çətinliklər ola bilər? İİdxalın çətinləşməsi yerli istehsalın genişlənməsinə təkan verəcəkmi? “Birxeber”un suallarını cavablayan “İceland” şirkətinin Bakı-Abşeron üzrə satış müdiri Elşad Məmmədov bildirib ki, hazırda onların şirkəti Belarus və Ukraynadan dondurma almır. Rusiyadan isə ticarət davam edir: “Hazırda Fransadan da dondurmaların Azərbaycana idxalı artıb. Oradan əsasən brend markaların məhsulları gəlir. Həmçinin Türkiyədən də brend mallar gəlir. Mövcud müharibə şəraitinə görə Fransadan dondurmalar Azərbaycana artıq Rusiya və Belarus ərazisindən deyil, Türkiyə üzərindən keçməklə gəlir. Qiymət fərqi artıq zavodda yaranır. Belə ki, onlar logistikanı nəzərə alaraq qiyməti artırıblar. Bizdə də qiymət fərqi olacağı istisna edilmir. Rusiyadan mallar isə normal şəkildə gəlməkdə davam edir. Heç bir problem yoxdur. Ticarəti rublla edirik”. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov dondurmada qıtlığın olmayacağını düşünür: “Amma yerli və xarici məhsullarda qiymət artımı olacaq. Həm də dondurmaların keyfiyyətinin də aşağı düşməsi gözləniləndir. Bütün hallarda dondurmaların qiymətində artım gözlənilir, Ukrayna və Belarusdan gələn malları Türkiyə məhsulları əvəz etsə belə”. E.Hüseynov qeyd edib ki, bu məsələdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) də müəyyən qədər yumşaq davranmalıdır: “Bu yaxınlarda mənə bir nəfər Kalininqraddan dondurma gətirmək istədiyini, lakin AQTA-nın büroktarik əngəllər yaratdığını bildirdi. Mən bu məsələni AQTA-nın qarşısında qaldırdım, bundan sonra problem aradan qalxdı”. Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov mövzu ilə bağlı fikirlərini səsləndirərkən deyib ki, Rusiya və Belarusun üzünə Avropa qapıları bağlı olduğu üçün onların istehsal etdiyi dondurmaları daha çox yaxın qonşularına – o cümlədən Azərbaycana ixrac edəcəyi daha gözləniləndir. Hətta bu ölkələrdən Azərbaycana dondurma gəlməsində problem olsa belə, bu, yerli istehsalçılarımız üçün əsl fürsət olacaq: “Azərbaycanda kifayət qədər dondurma istehsaçıları var. Bəlkə də quru süd indiyə qədər xaricdən gətirilirdi. Amma bizim kifayət qədər süd zavodlarımız da var. Bu o deməkdir ki, yerli istehsaçılarımız üçün keyfiyyəti aşağı salmadan, qiyməti qaldırmadan dondurma istehsal etməyə əksinə, daha böyük şərait yaranacaq. İdxal edilən məhsullara gəlincə, bizim yeganə tərəfdaşlarımız adıçəkilən dövlətlər deyil. Baltikyanı ölkələrdən, Türkiyədən, İrandan da kifayət qədər süd məhsulları alırıq. Bundan sonra da onlarla əməkdaşlığımız artan xətt üzrə davam edəcək. Dondurmaya xalq olaraq tələbatımız normal olsa da, amma bu məhsul bizim üçün əvəzedilməz deyil. Mətbəximizdə, kulinariyamızda hansısa yeməyin hazırlanmasında dondurmadan istifadə etmirik. Əgər onun qıtlığı yaransa, ev şəraitində belə dondurma hazırlamaq mümkündür”.
Biznes Biznes
Rusiya və Çinin ticarət dövriyyəsi 29% artıb

Rusiya və Çinin ticarət dövriyyəsi 29% artıb

Biznes Biznes
Dövlət başçısı: "Birinci rübdə ümumi daxili məhsul 6,8 faiz artıb"

Dövlət başçısı: "Birinci rübdə ümumi daxili məhsul 6,8 faiz artıb"

Biznes Biznes
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi 779 milyon dollarlıq ixraca kömək edib

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi 779 milyon dollarlıq ixraca kömək edib

Biznes Biznes
Ekoloji təmiz avtomobillərin idxal rüsumundan azad edilməsi üçün hökumətə təklif verilib 

Ekoloji təmiz avtomobillərin idxal rüsumundan azad edilməsi üçün hökumətə təklif verilib 

Biznes Biznes
Azərbaycan Türkiyədən avtomobil sənayesi məhsullarının idxalına xərclərini 2 dəfə artırıb

Azərbaycan Türkiyədən avtomobil sənayesi məhsullarının idxalına xərclərini 2 dəfə artırıb

Biznes Biznes
Belarusun Baş naziri Bakıda keçirilən sərgiləri ziyarət edib

Belarusun Baş naziri Bakıda keçirilən sərgiləri ziyarət edib

Biznes Biznes
Azərbaycanlı sahibkarların Dubaya ixrac imkanlarının artırılması müzakirə olunub

Azərbaycanlı sahibkarların Dubaya ixrac imkanlarının artırılması müzakirə olunub

Biznes Biznes
Palata rəhbəri: "Azərbaycan turizm və biznes baxımından Bolqarıstan üçün maraqlı məkandır"

Palata rəhbəri: "Azərbaycan turizm və biznes baxımından Bolqarıstan üçün maraqlı məkandır"

Biznes Biznes
Gəncədə KOB Fest sərgi-satış yarmarkası keçiriləcək

Gəncədə KOB Fest sərgi-satış yarmarkası keçiriləcək

Biznes Biznes
Gömrükçülər külli miqdarda dərman vasitələri saxlayıb

Gömrükçülər külli miqdarda dərman vasitələri saxlayıb

Biznes Biznes
Azərbaycanda 12 nəqliyyat vasitəsi özəlləşdirilib

Azərbaycanda 12 nəqliyyat vasitəsi özəlləşdirilib

Biznes Biznes
Ekspert: "Böhran dövründə sosial müəssisələr daha dayanıqlı olur"

Ekspert: "Böhran dövründə sosial müəssisələr daha dayanıqlı olur"