Zelenski və Makron döyüş meydanındakı vəziyyət və Ukraynanın müdafiə ehtiyacları barədə danışıblar

Zelenski və Makron döyüş meydanındakı vəziyyət və Ukraynanın müdafiə ehtiyacları barədə danışıblar

Ukrayna Prezidenti Vladimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Birxeber.Az xəbər verir ki, bu barədə Prezident Zelenski "X" hesabında bildirib.

Tərəflər döyüş meydanındakı vəziyyət və Ukraynanın müdafiə ehtiyacları, həmçinin pilotsuz uçuş aparatları, artilleriya və sursatlar, hava hücumundan müdafiə sistemləri barədə müzakirə aparıblar.

"Biz həmçinin G7 Vilnüs Bəyannaməsi əsasında təhlükəsizlik öhdəliklərinə dair ikitərəfli sənədin hazırlanmasını müzakirə etdik. Bu cür təhlükəsizlik sazişləri Avropanın liderliyini nümayiş etdirir, Ukrayna cəmiyyətini və döyüşçülərini motivasiya edir və Avropanın Ukraynaya sarsılmaz dəstəyi ilə bağlı Rusiyaya güclü siqnal göndərir", - Zelenski paylaşımında qeyd edib.