Aİ büdcə qaydalarının islahatı ilə bağlı razılığa gəlib

Aİ büdcə qaydalarının islahatı ilə bağlı razılığa gəlib

Avropa Parlamenti və Avropa İttifaqı (Aİ) ölkələri birliyin iqtisadi idarəetmə sistemində təklif olunan islahatla bağlı ilkin razılığa gəliblər.

Bu barədə “Birxeber.Az” Avropa Şurasına istinadən xəbər verir.

Razılaşma rəqəmsallaşma, “yaşıl” keçid və müdafiə kimi strateji sahələrdə islahatları və investisiyaları qoruyarkən borc və kəsir nisbətlərini azaltmağı hədəfləyəcək.

Saziş üzv dövlətlərin milli ortamüddətli büdcə və struktur planlarını təqdim etmək öhdəliyini saxlayır.