Əncirin faydaları! Ənciri qabığı ilə yeyirsinizsə oxuyun

Əncirin faydaları! Ənciri qabığı ilə yeyirsinizsə oxuyun
birxeber.az xəbər verir ki,Qidalanma və Pəhriz Mütəxəssisi Deniz Uzunoğlu, gün ərzində yeyəcəyiniz 2 əncirin gündəlik meyvə ehtiyacınızı ödədiyini ifadə edərək,“Ancaq əncirin kalorisi az olmasına baxmayaraq çox miqdarda karbohidrat ehtiva etdiyini unutmaq olmaz. Bu səbəbdən şəkər xəstələrinin qan şəkərini nəzarətdə saxlaması üçün 1-2 əncirə əlavə olaraq 2 qoz və ya 10 çiy badam yeməyi çox vacibdir. 

Yaddaşı gücləndirir
Əncir, zəngin B6 vitamini sayəsində beyin sağlamlığında əhəmiyyətli rol oynayır. Araşdırmalar göstərir ki, əncir öyrənmə və yaddaşa gücləndirici təsir göstərir.

Qəbizlik üçün yaxşıdır
Daha az su içmək və kifayət qədər lif istehlakını təmin etməmək nəticəsində qəbizlik inkişaf edə bilər. Əncirin lifli quruluşu ilə qəbizlik kimi həzm sistemi problemlərinin həllində təsirli olduğunu ifadə edən Uzunoğlu, "Əncirlə 1-2 stəkan su içmək bağırsaq fəaliyyətinin tənzimlənməsinə kömək edir" deyir.

Xərçəngin düşmənidir
Lutein, zeaksantin, beta karoten, polifenollar və antosiyaninlərlə zəngin olan, bədəndə xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alan yüksək antioksidant qabiliyyətə malikdir. Xüsusilə qaranlıq əncir bu fitokimyəvi maddələrlə daha zəngindir. 

Ürək sağlamlığını dəstəkləyir
Kalium xüsusilə ürək sağlamlığı üçün əhəmiyyətli bir mineraldır” deyən Uzunoğlu belə davam edir: “Əncir kaliumla zəngin quruluşu ilə qan təzyiqinin tənzimlənməsində rol oynayır. Natrium, xolesterol və yağsız quruluşu sayəsində ürək sağlamlığını da dəstəkləyir.

Bunlara diqqət edin! 
* Ənciri təzə və ya qurudulmuş əncir kimi istehlak edə bilərsiniz. Ancaq unutmayın ki, əncir quruduqda onların glisemik yükü artır, bunun nəticəsində qan şəkərində qəfil dalğalanmalar müşahidə oluna bilər. 
* Aşağı kalorili, lakin yüksək karbohidratlı olduğu üçün yediyiniz miqdar haqqında unutmayın. 


www.birxeber.az