Almaniya XİN başçısı: “Qəzzada vəziyyət son dərəcə ağırdır”

Almaniya XİN başçısı: “Qəzzada vəziyyət son dərəcə ağırdır”

Misirlə Qəzza zolağının sərhədində yerləşən “Rəfah” keçid məntəqəsində vəziyyət son dərəcə ağırdır.

“Report” xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.

“Rəfah” nəzarət-buraxılış məntəqəsindəki vəziyyət artıq ağlasığmaz dərəcədə ağırdır. 1,3 milyon insan çox kiçik bir ərazidə hərbi əməliyyatlardan qorunmağa çalışır. İsrail ordusunun “Rəfah”a hücumu humanitar fəlakət olardı. Qəzzalılar havada yox ola bilməzlər”, - o yazıb.

Almaniya XİN başçısı vurğulayıb ki, İsrail özünü HƏMAS-ın terrorundan qorumalıdır, amma eyni zamanda mülki əhalinin əzabını mümkün qədər azaltmalıdır.