“Şahdağ”da keçirilən Heydər Əliyev Kubokunun qalibləri mükafatlandırılıb

“Şahdağ”da keçirilən Heydər Əliyev Kubokunun qalibləri mükafatlandırılıb

“Şahdağ” Turizm Mərkəzində altı yaş kateqoriyasında çıxış edən həvəskar xizəkçilərin mükafatlandırılması mərasimi keçirilib.

"Birxeber.Az"un Şimal bürosunun məlumatına görə, fərdi şəkildə 60-a yaxın həvəskar idmançı xizək yarışının “Slalom Gigant” növü üzrə birincilik uğrunda mübarizə aparıblar.

Qaliblərə “Şahdağ” Turizm Mərkəzi və Qış İdman Növləri Federasiyası tərəfindən medallar və diplomlarla təltif olunublar.

"Heydər Əliyev Kuboku" uğrunda həvəskar xizəkçilər arasında mükafatçılar:

Kişilər arasında:

18-25 yaş kateqoriyası üzrə:
1-cu yer-Ramiz Ağayev
2-ci yer-Cəmil Qarayev
3-cü yer-Arif Aşurbəyov

26-45 yaş kateqoriyası üzrə:
1-ci yer-Rəşad Mədətov
2-ci yer-Amir Abdullayev
3-cü yer-Emin Rəsulov

46 və yuxarı yaş aralığı üzrə:

1-ci yer-Nikolay Podbereznikov
2-ci yer-Sergey Zaridov
3-cü yer-Sveren Vlodemir

Qadınlar arasında:

26-45 yaş kateqoriyasında
1-ci yer-Anna Vəliyeva
2-ci ye-Günay Abdullayeva

46 və yuxarı yaş kateqoriyasında
1-ci yer-Mona Krems.

Qeyd edək ki, “Heydər Əliyev Kuboku” “Şahdağ” Turizm Mərkəzində keçirilib.