Həndbolçular üzrə Azərbaycan çempionatı: "Qarabağ" liderlə heç-heçə edib

Həndbolçular üzrə Azərbaycan çempionatı: "Qarabağ" liderlə heç-heçə edib

Kişi həndbolçular arasında Azərbaycan çempionatında X tura yekun vurulub.

"Birxeber.Az"un məlumatına görə, bu gün daha iki qarşılaşma keçirilib.

İlk olaraq “Azəryol” “İdman Akademiyası”nı məğlub edib - 40:19. "Qarabağ" - "Kür" görüşündə isə heç-heçə qeydə alınıb - 27:27.

Fevralın 8-də gerçəkləşən oyunda "Bakı" "Dinamo"ya qalib gəlmişdi - 44:20.

Qeyd edək ki, "Kür" 17 xalla liderdir. "Azəryol" və "Bakı"nın 12 xalı var. "Qarabağ" 11 xalla dördüncüdür. "İdman Akademiya"sı və "Dinamo" 3 xala malikdir. "Təhsil" 2 xalla sonuncu pilədə qərarlaşıb.