“Ordubad” gəmi-bərəsi təmir olunaraq yenidən istismara qaytarılıb

“Ordubad” gəmi-bərəsi təmir olunaraq yenidən istismara qaytarılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Ordubad” gəmi-bərəsinin tərsanə təmiri yekunlaşıb.

“Birxeber.Az”un ASCO-ya istinadən verdiyi məlumata görə, təmir işləri "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb.

Gəmi üzrə gövdə qaynaq, avtomatika və boru işləri görülüb, müxtəlif təyinatlı nasoslar təmir olunub. Bərənin sualtı və suüstü hissəsi, vaqon göyərtəsi təmizlənərək rənglənib. Həmçinin gəmi heyətinin yaşayış şəraitini yaxşılaşdırmaq üçün kayutlarlarda lazımi işlər görülüb.

Təmir işləri başa çatdıqdan sonra gəmi-bərə yenidən istismara qaytarılıb.

Qeyd edək ki, uzunluğu 154,55, eni 18,3 metr olan “Ordubad” gəmi-bərəsinin maksimal sürəti 15 uzeldir.