KİV: “Sankt-Peterburqda terror aktının qarşısı alınıb”

KİV: “Sankt-Peterburqda terror aktının qarşısı alınıb”

Rusiyanın Sankt-Peterburq şəhərində metallurgiya zavodunun ərazisində güclü partlayıcı qurğu aşkar edilib.

“Report” xəbər verir ki, terror aktının qarşısının alınması barədə “112” teleqram kanalı məlumat yayıb.

Qeyd olunur ki, Vsevolojsk Alüminium Zavodunun anbarlarından birinin yaxınlığında qarın atında əl ilə işə salınan 1,5 kq-dan çox partlayıcı tapılıb.

Məlumata görə, bombanın aşkar olunduğu yer mühasirəyə alınıb və insanlar təxliyə edilib.

Partlayıcı qurğunu kimin yerləşdirdiyi hələlik bəlli deyil.