Azərbaycan-Sinqapur İqtisadi Əməkdaşlıq komissiyası təsis ediləcək - FOTO

Azərbaycan-Sinqapur İqtisadi Əməkdaşlıq komissiyası təsis ediləcək - FOTO

Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Sinqapurun xarici işlər naziri Vivian Balakrişnanla görüşündə iki ölkə arasında İqtisadi Əməkdaşlıq Komissiyasının təsis edilməsi müzakirə olunub.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Birxeber-ə verilən məlumata görə, Ceyhun Bayramov Azərbaycanla Sinqapur arasında Qoşulmama Hərəkatında, habelə bir çox beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan və ölkəmizə verilən dəstəkdən məmnunluq ifadə edib. Yüksək səviyyəli mütəmadi səfərlərin, nazir müavinləri səviyyəsində siyasi məsləhətləşmələrin ölkələrimiz arasında sıx əlaqələrin qurulması üçün yaxşı zəmin yaradacağı bildirilib. Münasibətlərimizin siyasi, iqtisadi, ticarət, yüksək texnologiyalar və digər sahələrdə böyük potensialı olduğu diqqətə çatdırılıb.

Nazir eyni zamanda, Ermənistanın ölkəmizə qarşı təcavüzünün tarixi, 44 günlük müharibədən sonra post-münaqişə dövründə ölkəmiz tərəfindən həyata keçirilən işlər, eləcə də Ermənistanın son təxribatları barədə qarşı tərəfə ətraflı məlumat verib.

Sinqapur naziri Vivian Balakrişnan Sinqapurun ölkəmiz ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu, bir sıra Sinqapur şirkətlərinin ölkəmizə sərmayə qoyduğunu diqqətə çatdırıb. Ölkələrimiz arasında qarşılıqlı faydalı biznes əlaqələrinin inkişaf etdirilməsi üçün imkanların araşdırıldığı qeyd edilib.

Görüş zamanı, eyni zamanda Azərbaycanla Sinqapur arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri, mədəniyyət sahəsində mübadilələrin həyata keçirilməsi, habelə qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər müzakirə edilib.

Birxeber
SİYASƏT SİYASƏT
Şolts: “Putin demokratiya qığılcımının Rusiyaya düşməsindən qorxur” - FOTO

Şolts: “Putin demokratiya qığılcımının Rusiyaya düşməsindən qorxur” - FOTO

SİYASƏT SİYASƏT
Vilayət Eyvazov generalı təqaüdə göndərdi

Vilayət Eyvazov generalı təqaüdə göndərdi

SİYASƏT SİYASƏT
Azərbaycanın səhiyyə naziri Türkiyəyə gedib - FOTO

Azərbaycanın səhiyyə naziri Türkiyəyə gedib - FOTO

SİYASƏT SİYASƏT
Prezident İlham Əliyev AzTV-yə müsahibə verib - TAM MƏTN

Prezident İlham Əliyev AzTV-yə müsahibə verib - TAM MƏTN

SİYASƏT SİYASƏT
Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb

Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb

SİYASƏT SİYASƏT
Dövlət başçısı: “Ərzaqlıq buğdanın Azərbaycanda istehsalı kəskin artacaq”

Dövlət başçısı: “Ərzaqlıq buğdanın Azərbaycanda istehsalı kəskin artacaq”

SİYASƏT SİYASƏT
Mincivan qəsəbəsinin işğaldan azad olunmasından 2 il ötür

Mincivan qəsəbəsinin işğaldan azad olunmasından 2 il ötür

SİYASƏT SİYASƏT
Karen Donfrid: “Zəngəzur dəhlizi Azərbaycan və Ermənistan arasında sülh üçün imkanlardan biridir”

Karen Donfrid: “Zəngəzur dəhlizi Azərbaycan və Ermənistan arasında sülh üçün imkanlardan biridir”

SİYASƏT SİYASƏT
Azərbaycan Ermənistanla bağlı Beynəlxalq Ədalət Məhkəməsinə məktub göndərib

Azərbaycan Ermənistanla bağlı Beynəlxalq Ədalət Məhkəməsinə məktub göndərib

SİYASƏT SİYASƏT
İlham Əliyev dövlət agentliyinə 2,1 milyon manat ayırdı

İlham Əliyev dövlət agentliyinə 2,1 milyon manat ayırdı

SİYASƏT SİYASƏT
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 2 il ötür - FOTO

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 2 il ötür - FOTO

SİYASƏT SİYASƏT
İlham Əliyev Vladimir Putinlə görüşdü

İlham Əliyev Vladimir Putinlə görüşdü