Azərbaycanın daha üç cüdoçusu Bakıdakı yarışda iştirak edəcək

Azərbaycanın daha üç cüdoçusu Bakıdakı yarışda iştirak edəcək

Azərbaycanın daha üç cüdoçusu Bakıda keçiriləcək “Böyük Dəbilqə” turnirində iştirak edəcək.

"Report" Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Camal Qamzatxanov (+100 kq), Ramilə Əliyev və Şəfəq Həmidova (hər ikisi 48 kq) da tatamiyə çıxacaqlar.

Daha əvvəl 33 idmançının adı siyahıya daxil edilib.

Qeyd edək ki, “Böyük Dəbilqə” fevralın 16-18-i aralığında Milli Gimnastika Arenasında keçiriləcək. Çempion cüdoçu 1000, gümüş medalçı 700, üçüncü olan 500 reytinq xalı qazanacaq. Hazırda 64 ölkənin yarışda iştirakı təsdiqlənib.