Müşfiqabad qəsəbəsində növbəti ağacəkmə aksiyası keçirilib

Müşfiqabad qəsəbəsində növbəti ağacəkmə aksiyası keçirilib

Müşfiqabad qəsəbəsində növbəti ağacəkmə aksiyası keçirilib.

"Birxeber.Az" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasına Gənclər və İdman Nazirliyi nəzdində fəaliyyət göstərən Sabunçu və Binəqədi Gənclər evinin əməkdaşları, gənclər və ekokönüllülər qoşulub.

Aksiya çərçivəsində Müşfiqabad qəsəbəsinin 1 hektar ərazisində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Qeyd edək ki, ərazi damcılı suvarma sistemi ilə təchiz olunub və yaşıllıqların suvarılmasında qəsəbədə formalaşan tullantı sularının təmizlənməsindən əldə edilən texniki sulardan istifadə olunur.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasının məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, vətəndaşları ağac əkməyə təşviq etməklə təbiətə töhfə verməkdir.