Azərbaycanda orta sahibkarlar bu ildən elektron mühasibat uçotuna keçməli olacaq

Azərbaycanda orta sahibkarlar bu ildən elektron mühasibat uçotuna keçməli olacaq

Prezident İlham Əliyev “Mühasibat uçotu haqqında” qanunda dəyişiklik edilməsi barədə 22 dekabr 2023-cü il tarixli qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.

"Birxeber.Az" xəbər verir ki, fərmana əsasən, qanunda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini dövlət başçısı həyata keçirir.

Yenilənmiş qanuna orta sahibkarlıq subyektləri mühasibat uçotunun elektron formada aparılmasını aşağıdakı mərhələlərdə həyata keçirməlidir:

- Vergi Məcəlləsi ilə müəyyən edilmiş maliyyə xidmətlərini göstərən şəxslər – 2024-cü il yanvarın 1-dən;

- telekommunikasiya xidmətləri göstərən şəxslər – 2024-cü il aprelin 1-dən;

- yanacaqdoldurma məntəqələrində neft və qaz məhsullarının satışı ilə məşğul olan şəxslər – 2024-cü il iyulun 1-dən;

- idman mərc oyunlarının operatoru – 2024-cü il oktyabrın 1-dən;

- Digər orta sahibkarlıq subyektləri – 2027-ci il yanvarın 1-dən.