Əmtəə bazarlarında qızıl cüzi ucuzlaşıb, gümüş isə bahalaşıb
Xocavənddə hərbi təyinatlı partlayıcı partlayıb, xəsarət alan var - YENİLƏNİB
Şəxsin partlayış nəticəsində xəsarət alması faktı ilə bağlı araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən Birxeber.Az-ya bildirilib ki, fevralın 10-da saat 10 radələrində Xocavənd rayonunun Çartar kəndi ərazisində arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması nəticəsində 1996-cı il təvəllüdlü Ələsgərov Samir Fizuli oğlunun sağ əlindən xəsarət alması ilə bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.
***
10.58
Fevralın 10-də saat 09:30 radələrində Xocavənd rayonu Çartar kəndi ərazisində arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması bağlı polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan Birxeber.Az-ya bildirilib ki, 1996-ci il təvəllüdlü Ələsgərov Samir Füzuli oğlu əlindən xəsarət alıb. Vətəndaş xəstəxanaya təxliyyə edilib.
Araşdırma aparılır.