Zaqatalada maşın təmiri sexində yanğın olub

Zaqatalada maşın təmiri sexində yanğın olub

Zaqatalada maşın təmiri sexində yanğın olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, yanğın bu gün Yuxarı Tala kəndində, Hacımuca Aslan oğlu Aslanova məxsus təmiri sexində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində sexə təmir üçün gətirilmiş “VAZ 21011” markalı avtomobil və sexin tavanının bir hissəsi yanıb. Sexin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.