“Şahdağ”da Heydər Əliyev Kuboku təşkil edilib

“Şahdağ”da Heydər Əliyev Kuboku təşkil edilib

Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı ilə həvəskar xizəkçilər arasında Heydər Əliyev Kuboku təşkil edilib.

"Birxeber.Az"un Şimal burosunun məlumatına görə, idman tədbirində “Şahdağ” Turizm Mərkəzinin sədri Rüstəm Nəcəfov, Qış İdman Növləri Federasiyasının katibi Günel Bədəlova və qeydiyyatdan keçən, 6 müxtəlif yaş kateqoriyası üzrə idmançılar qatılıblar.

İdman tədbirində 60-a yaxın həvəskar idmançı xizək yarışının “Slalom Gigant” növü üzrə birincilik uğrunda mübarizə aparırlar.

Yarışın keçirilməsinin əsas məqsədi ölkədə qış idman növlərini təşviq etmək, insanlar arasında xizək idman növlərinə marağı artırmaq, həmçin mərkəzin beynəlxalq yarışların keçirilməsi istiqamətində təcrübəsini genişləndirməkdir.

Onuda qeyd edək ki, yarışların sonunda qaliblərə “Şahdağ” Turizm Mərkəzi və Qış İdman Növləri Federasiyası tərəfindən medallar və diplomlarla təltif olunacaqlar, o cümlədən onlara müxtəlif həvəsləndirici hədiyyələr təqdim ediləcək.

Həmçinin Heydər Əliyev Kuboku fevralın 17-də böyüklər və uşaqlar arasında snoubord üzrə, 24 fevralda isə uşaqlar arasında xizək üzrə davam etdiriləcək.