Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarı ilə bağlı Koordinasiya Komissiyası yaradılıb

Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarı ilə bağlı Koordinasiya Komissiyası yaradılıb

Prezident İlham Əliyev "Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında" sərəncam imzalayıb.

"Birxeber" xəbər verir ki, sərəncam təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi, əhalinin və ətraf mühitin bu obyektlərdə baş verə biləcək qəzalardan qorunması və bu sahədə fəaliyyət göstərən dövlət orqanlarının (qurumlarının) işinin əlaqələndirilməsi məqsədilə imzalanıb.

Sənədə əsasən, təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə aşağıdakı tərkibdə Koordinasiya Komissiyası yaradılıb:

Komissiyanın sədri

Azərbaycan Respublikası Baş nazirinin müavini

Komissiyanın üzvləri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

Azərbaycan Respublikasının energetika naziri

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Azərbaycan Respublikasının səhiyyə naziri

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri.

Komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyi yaradılsın və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatına həvalə edilib.

Nazirlər Kabineti Komissiya haqqında Əsasnamənin layihəsini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Daxili siyasət Daxili siyasət
Gənclər siyasəti sahəsində idarəetmə təkmilləşdirilir - FƏRMAN

Gənclər siyasəti sahəsində idarəetmə təkmilləşdirilir - FƏRMAN

Daxili siyasət Daxili siyasət
Laçında şəhərdaxili yolların bərpası və hava limanının tikintisi ilə əlaqədar qazma-partlayış işləri aparılır

Laçında şəhərdaxili yolların bərpası və hava limanının tikintisi ilə əlaqədar qazma-partlayış işləri aparılır

Daxili siyasət Daxili siyasət
Vüqar Seyidov: "Müstəqil dövlətimiz Azərbaycan Xalq Cümhuriyyətinin layiqli davamçısıdır" 

Vüqar Seyidov: "Müstəqil dövlətimiz Azərbaycan Xalq Cümhuriyyətinin layiqli davamçısıdır" 

Daxili siyasət Daxili siyasət
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təltif edilib - SİYAHI

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təltif edilib - SİYAHI

Daxili siyasət Daxili siyasət
Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlıq uğurla davam etdirilir

Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlıq uğurla davam etdirilir

Daxili siyasət Daxili siyasət
ASCO-da Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

ASCO-da Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Daxili siyasət Daxili siyasət
Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı birgə tədbirlər planı imzalayıb

Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı birgə tədbirlər planı imzalayıb

Daxili siyasət Daxili siyasət
Salyan regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb

Salyan regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb

Daxili siyasət Daxili siyasət
Göygöldə Zəfər Günü qeyd olunub

Göygöldə Zəfər Günü qeyd olunub

Daxili siyasət Daxili siyasət
Şuşa-Xankəndi yolunda etiraz aksiyası artıq üçüncü gündür davam edir

Şuşa-Xankəndi yolunda etiraz aksiyası artıq üçüncü gündür davam edir

Daxili siyasət Daxili siyasət
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

Azərbaycanda Konstitusiya Günü qeyd olunur

Daxili siyasət Daxili siyasət
Xalq yazıçısı, xalq şairi, xalq artisti və digər Fəxri adlara görə aylıq təqaüdün məbləği artırılıb

Xalq yazıçısı, xalq şairi, xalq artisti və digər Fəxri adlara görə aylıq təqaüdün məbləği artırılıb