DYP-dən hava şəraiti ilə bağlı sürücülərə müraciət - DİQQƏTLİ OLUN!

DYP-dən hava şəraiti ilə bağlı sürücülərə müraciət - DİQQƏTLİ OLUN!

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib.

BDYPİ-dən Birxeber-ə daxil olan müraciətdə deyilir:

"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, sentyabrın 24-dən başlayaraq iki gün ərzində ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında hava şəraitinin güclü külək və yağışla müşahidə olunan kəskin dəyişməsi gözlənilir.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək yol qəzaları və digər xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, digər hərəkət iştirakçılarına, xüsusilə piyadalara qarşı diqqətli davranmağı xahiş edir.

Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.
Sürücülər, idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçməli, açıq ərazilərdə sürəti azaltmalı, qəfil manevr və ya kəskin tormazlama etməməli, zərurət olmadan ötmə əməliyyatı aparmamalıdırlar.

Nəqliyyat vasitələrini sürüşmə, uçulma, qırılma, aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlanılmalı, park edərkən qapalı məkanlara üstünlük verilməlidir.

Piyadalar isə havanın küləkli və yağışlı olmasını nəzərə almalı, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər".

Birxeber
Sosial Sosial
“Haber Global” “TEKNOFEST Azərbaycan”da - VİDEO

“Haber Global” “TEKNOFEST Azərbaycan”da - VİDEO

Sosial Sosial
Evsizlərə ŞAD XƏBƏR - 2230 yaşayış sahəsi...

Evsizlərə ŞAD XƏBƏR - 2230 yaşayış sahəsi...

Sosial Sosial
Kürdə suyun səviyyəsi son sutkada 88 sm artıb

Kürdə suyun səviyyəsi son sutkada 88 sm artıb

Sosial Sosial
Azərbaycanda pensiyaçılara pensiya növünü seçmək hüququ veriləcək

Azərbaycanda pensiyaçılara pensiya növünü seçmək hüququ veriləcək

Sosial Sosial
Polis son 2 gündə bulvarda itkin düşən uşaq sayını açıqladı

Polis son 2 gündə bulvarda itkin düşən uşaq sayını açıqladı

Sosial Sosial
Bakıda ən yaxşı hava bu ərazilərdədir - VİDEO

Bakıda ən yaxşı hava bu ərazilərdədir - VİDEO

Sosial Sosial
12 ildir oğlu narkoman olan ananın FƏRYADI: Alçaq "bariqa"lar... - VİDEO

12 ildir oğlu narkoman olan ananın FƏRYADI: Alçaq "bariqa"lar... - VİDEO

Sosial Sosial
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Moskvaya yola düşdü

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Moskvaya yola düşdü

Sosial Sosial
Baş Prokurorluq əməkdaşları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Baş Prokurorluq əməkdaşları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Sosial Sosial
Əhaliyə XƏBƏRDARLIQ

Əhaliyə XƏBƏRDARLIQ

Sosial Sosial
Toyuq dönərlərinə qadağa qoyulmayıb - RƏSMİ AÇIQLAMA

Toyuq dönərlərinə qadağa qoyulmayıb - RƏSMİ AÇIQLAMA

Sosial Sosial
DSMF-nin gəlirləri və xərcləri artırılır

DSMF-nin gəlirləri və xərcləri artırılır