Ali Radanın fraksiya rəhbəri: "Tramp prezident olarsa, Ukraynaya dəstək davam edəcək"

Ali Radanın fraksiya rəhbəri: "Tramp prezident olarsa, Ukraynaya dəstək davam edəcək"

"ABŞ-da tarazlığı saxlayan sistem, departamentlər, xidmətlər var. Donald Trampın dövründə bir növ dəyişikliyin olacağını düşünmürəm. Belə risklər varmı? Bəli var. Amma bu hazırda çox yüksək görünmür".

Bunu "Birxeber.Az"un Şərqi Avropa bürosuna müsahibəsində Ukrayna hakim "Xalqın Xidmətçisi" partiyasının fraksiya rəhbəri David Araxamiya bildirib.

"Lakin bu gün bizi arxayın edən ən mühüm şey odur ki, Konqresdə və ABŞ Senatında bizim ikipartiyalı dəstək sistemimiz var. Həm Respublikaçılar, həm də Demokratlar Ukraynanı dəstəkləyir. Bizim üçün ən vacibi budur. Onlar siyasətçidirlər, seçicilərini dinləyirlər. Biz ABŞ-da, ştatlarda, Ukraynaya qarşı münasibətləri ilə bağlı sorğular apardıq. Bunlar ölkənin köməyə ehtiyacı varmı, yoxsa yardımı azaltmaq lazımdırmı və s. idi. Bu gün amerikalıların böyük əksəriyyəti, deyirlər ki, Ukrayna təcavüzün qurbanı olduğu üçün ona kömək etmək lazımdır. Ona görə də nə qədər ki, vəziyyət bu cür qalacaq, biz özümüzü sakit hiss edirik. Əgər Tramp prezident olarsa, biz əminik ki, o, indiki hökumətin bu gün Ukraynaya göstərdiyi münasibətindəki kimi ədalətli davranacaq", - deyə, o, əlavə edib.