Dövlət qurumları arasında üzgüçülük yarışının açılış mərasimi keçirilib

Dövlət qurumları arasında üzgüçülük yarışının açılış mərasimi keçirilib

Dövlət qurumları arasında üzgüçülük yarışının açılış mərasimi keçirilib.

"Report"un məlumatına görə, Bakı Su İdmanı Sarayındakı tədbirdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Azərbaycan Üzgüçülük Federasiyasının rəhbərliyi və bir sıra qurumların rəsmi şəxsləri iştirak ediblər.

İlk olaraq komandalar təqdim olunub. Daha sonra Dövlət Himni səsləndirilib.

Elnur Məmmədov tədbir iştirakçılarını salamlayıb və dövlət qurumlarına təşəkkür edib: "72 idmançıdan 12-si xanımlardır. Onlara da minnətdarıq. Ümid edirəm ki, bu turnir də əvvəlkilər kimi uğurlu alınacaq. Güclü olan qalib gəlsin".

Üzgüçülük üzrə Azərbaycan millisinin baş məşqçisi Rəşad Əbdürrəhmanov qaydalar haqqında məlumat verib və ilk yarışlar start götürüb.

Qeyd edək ki, turnirdə 21 qurum mübarizə aparacaq.