Bərdə və Sumqayıtda avtomobil qaçırılıb

Bərdə və Sumqayıtda avtomobil qaçırılıb

Bərdədə və Sumqayıtda nəqliyyat vasitələri qaçırılıb.

DİN-dən APA-ya verilən məlumata görə, Bərdə şəhərində avtoyuma məntəqələrinin birindən “VAZ-21015” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin avtoyuma məntəqəsində işləyən Məhəbbət Zeynalov Alaçadırlı kəndi ərazisində avtomobillə saxlanılıb.

Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə fevralın 9-da gecə saatlarında 11-ci mikrorayon ərazisindən “VAZ-2107” markalı avtomobil qaçırmaqda şübhəli bilinən yeniyetmə avtomobillə H.Z.Tağıyev qəsəbəsi ərazisində saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.