Azərbaycan taekvondoçuları Türkiyə açıq çempionatının ilk günündə iki medal qazanıblar

Azərbaycan taekvondoçuları Türkiyə açıq çempionatının ilk günündə iki medal qazanıblar

Antalyada taekvondo üzrə Türkiyə açıq çempionatına start verilib.

"Report"un məlumatına görə, yarışın ilk günündə Azərbaycanın yeniyetmələrdən ibarət milli komandası 2 medal əldə edib.

Yığmanın heyətində Məryəm Cəfərova (152 sm) qızıl medala yiyələnib.

O, 6 rəqibini məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Gülay Əliyeva isə (160 sm) çempionatı bürünc mükafatla bitirib. Taekvondoçu yarımfinaladək 4 mərhələ keçib.

Qeyd edək ki, yarışda bu gün yeniyetmə oğlanlar mübarizəyə qoşulacaq.