Azərbaycanla Pakistan arasında İKT sektorunda əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycanla Pakistan arasında İKT sektorunda əməkdaşlıq imkanları müzakirə edilib

Bu gün Azərbaycanla Pakistan arasında informasiya kommunikasiyaları sektorunda əməkdaşlıq imkanlarına yeni baxış açacaq görüş baş tutub.

"Birxeber" xəbər verir ki, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə tanınmış pakistanlı xeyriyyəçi, “BOL Media Group” şirkətinin sədri Ayeşa Şayx arasında görüş keçirilib.

Görüş zamanı xanım Şayx rəhbərlik etdiyi “BOL Media Group”un fəaliyyəti barədə geniş məlumat verib. Qeyd olunub ki, “BOL Media Group” 16 dildə yayım həyata keçirən 680-dən çox kanalın daxil olduğu şirkətlər qrupudur və 50 milyondan çox izləyicisi var. Bununla yanaşı, şirkət İKT sektorunda da fəaliyyət göstərir. “BOL Media Group” hazırda Pakistanın İT ixracının artırılması üçün yeni treninq mərkəzinin və iş platformasının yaradılması istiqamətində işlər görür.

Nazir Rəşad Nəbiyev rəqəmsal transformasiyanın Azərbaycan hökumətinin gündəliyində vacib yer tutduğunu qeyd edib və hazırda bu sahədə görülən işlər, eləcə də perspektiv planlar barədə pakistanlı qonağa ətraflı məlumat verib.

Daha sonra iki ölkə arasında İKT sektorunda əməkdaşlıq imkanlarına, o cümlədən azərbaycanlı mütəxəssislər üçün Pakistanda təlim proqramlarının təşkilinə dair fikir mübadiləsi aparılıb.

İKT İKT
Qlobal iqtisadiyyatlarda süni intellektin həcmi 15,7 trilyon dollara çatacaq

Qlobal iqtisadiyyatlarda süni intellektin həcmi 15,7 trilyon dollara çatacaq

İKT İKT
AMEA “Teknofest”də 10 institut və YTP rezidentlərinin layihələriylə təmsil olunacaq